UÇAN QUŞA BORCU OLMAQ

çox insana borcu olmaq.

UCUZ TUTMAQ
UÇMAĞA QANADI OLMAMAQ
OBASTAN VİKİ
Dövlət borcu
Dövlət borcu — daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin mmaliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öohdəlikləri.
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Salih Uçan
Salih Uçan (6 yanvar 1994, Marmaris, Muğla ili) bir türk futbolçudur . Super Liqa komandalarından biri olan Alanyaspor'da oynayır.
Uçan Hollandiyalı
Uçan Hollandiyalı (nid. De Vliegende Hollander, ing. The Flying Dutchman) — folklora görə okeanlarda həmişə üzməyə duçar edilmiş əfsanəvi yelkən qarabasma gəmisi. "Uçan Hollandiyalı" gəmisini görən dənizçilər uğursuz və ya ölmüş olacaqlar. Əfsanə XV–XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə gəmisinin kapitanı söz vermişdir ki, ona hətta məhşər kimi vaxt lazım olarsa o, Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəmi lənətləndirilmişdir. 1826-cı ildə ingilis yazıçısı Edvard Fitsboll "Uçan Hollandiyalı" melodramını və 1839-cu ildə Frederik Marryat "Kabus gəmisi" romanı yazmışdılar. Alman bəstəkarı Rixard Vaqner 1843-cü ildə "Uçan Hollandiyalı" operasını yazmışdır. Vaşinqton İrvinqin də 1855-ci ildə qələmə aldığı "Tappan dənizdə Uçan Hollandiyalı" əsəri var.
Uçan ağıl
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Uçan balıqlar
Uçan balıqlar — Exocoetidae ailəsini əmələ gətirən balıq növlərinin ortaq adıdır. Uçan Balıqlar Yerdəki bütün okeanlarda yaşayırlar. Xüsusilə də tropik bölgələrdə görülürlər. Əcdadlarından ayrıldıqdan sonra, pektoral üzgəcləri fərqliləşərək qanadvari bir xüsusiyyət qazanmışdır. Bu qanad bənzəri strukturlar sayəsində sudan sıçrayaraq uçan balıqlar, növdən növə dəyişən müddətlərdə havada qala bilirlər. Qanad bənzəri üzgəclərinin digər balıqlarda olan eyni anatomik quruluşa sahib olması, Təkamülün ən gözəl nümunələrindəndir. Uçan balıqlar suyun səthindən havaya sıçraya bilmək üçün quyruqlarını havada dəqiqədə 70 dəfə çırpırlar və müəyyən bir yüksəkliyə sıçradıqdan sonra yan üzgəclərini (2 ya da 4 ədəd ola bilər) açaraq uçurlar. "Uçan balıq" ifadəsi əslində səhvdir, çünki bu balıqlar hələ ki tam uça bilmirlər, süzürlər. Məlum olan ən uzun süzülüş, Yaponiyadakı Yakushima adalarındakı bir uçan balığın etdiyi 45 saniyəlik süzülüşdür. Bu süzülərək havada qalma müddətində balıq, sıçradığı nöqtədən 200 metr uzağa, saatda 70 km sürətlə irəliləyə bilir və arxasındakı ovçularından qaça bilir.
Uçan gəmi
Uçan gəmi, bir gövdəyə malik və əsasəndə hər hansısa bir eniş dəstinə malik olmayan bir sabit qanadlı hidrotəyyarədir.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Uçan possumlar
Uçan opossumlar (lat. Petauridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Uçan tülkü
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Uçan tülkülər
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Uçan xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Uçan Öküzlər
Uçan Öküzlər (ing. Flying Bulls) Çex aerobatika komandasıdır. Red Bull GmbH-ə tabedir.Uçuşlar üçün 4 ədəd XtremeAir Sbach 342 təyyarəsi istifadə olunur. Təyyarələr komandanın sponsoru olan Red Bull enerji içkisi rənglərinə boyanmışdır. Bütün təyyarələr ağ tüstü generatorları ilə təchiz olunmuşdur.
Uçan ulduzlar
Uçan ulduzlar (serb-xorv. Летеће звезде / Leteće zvijezde) — Yuqoslaviya Sosialist Federativ Respublikasına, daha sonra isə Serbiya və Monteneqroya məxsus olmuş aerobatika eskadronudur. 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikası Hərbi Hava Qüvvələri tərkibində qurulmuşdur. Uçuşlar üçün Soko J-21 Jastreb(en) Təyyarələri istifadə olunurdu. 1990-cı ildə bu təyyarələr Soko G-4 Super Galeblərlə(en) əvəz olundu. 1991-ci ildə başlayan Yuqoslaviya müharibələri əvvəlcə komandanın, daha sonra isə Yuqoslaviya dövlətinin dağılmasına səbəb oldu.
Con Malkoviç olmaq
Con Malkoviç olmaq (ing. Being John Malkovich) — 1999-cu ildə istehsal olunmuş sürrealist ABŞ filmi. Spayk Consun rejissorluq etdiyi bu filmin senari müəllifi Çarli Kaufmandır. == Süjet == Yenicə işə düzəlmiş olan kuklaçı bir adam ofisdə məşhur Hollivud aktyoru Con Malkoviçin ağlına girməyə imkan verən sirli portalla rastlaşır. == Rollarda == John Cusack — Craig Schwartz Kameron Diaz — Lotte Schwartz Catherine Keener — Maxine Lund John Malkovich — özü və John Horatio Malkovich Orson Bean — Dr. Lester Mary Kay Place — Floris Çarli Şin — özü W. Earl Brown — First J.M. Inc.
Naməlum uçan obyekt
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Pilotsuz uçan aparat
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Uçan Balıq (bürc)
Uçan Balıq (lat. Volans) - göyün cənub yarımkürəsində bürc.
Uçan Spagetti Əjdahası
Pastafaryanizm ya da Uçan spagetti bədheybəti kilsəsi (ing. The Church of the Flying Spaghetti Monster) — Ağıllı dizayn iddialarını tənqid etmək üçün yaradılmış parodiya dinidir. Lağlağı təriqət. Oreqon Dövlət Universitetinin fizika bölməsinin məzunu olan Bobbi Henderson tərəfindən 2005-ci ildə qurulmuşdur. Uçan spagetti əjdahası bu dinin tanrısı hesab olunur. Bu dinə inananlar özlərinə pastafaryanist deyirlər. 2005-ci ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-nin Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Təriqətin əsas atributu aşsüzəndir. Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.
Uçan naməlum obyekt
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Uçan qazlar modeli
Uçan qazlar modeli və ya uçan qazlar paradiqması (雁行形態論, Qanko keytay-ron) — Kaname Akamatsu tərəfindən yaradılmış iqtisadi nəzəriyyə. Bu nəzəriyyəyə əsasən Yaponiya elm və texnologiya sahəsində regionun aparıcı ölkəsi kimi təsvir olunur. Modelə görə əmtəə mal istehsalının nisbətən daha az inkişaf etmiş ölkələrə keçdiyi regional iyerarxiyada Asiya ölkələri Qərb ölkələrini üstələyəcək. Beləliklə, regiondakı zəif inkişaf etmiş ölkələr inkişaf etmiş ölkələrin arxasında vəhşi qazların uçuş nizamında olduğu kimi sıralanmış formada təsvir olunur. Ən qabaqda uçan qaz Yaponiyadır. İkinci sırada uçan qazlar sənayeləşdirilmiş iqtisadiyyata malik ölkələrdir (Cənubi Koreya, Sinqapur, Çin Respublikası və Honkonq). Üçüncü sırada ASEAN-ın ən inkişaf edən ölkələri (Tailand, Malayziya və İndoneziya), dördüncü sırada isə regionun ən az inkişaf etmiş ölkələri (Çin, Vyetnam, Filippin) dayanır. Akamatsu öz modelində inkişafı üç pilləyə bölürdü: I pillə: az inkişaf etmiş iqtisadiyyat beynəlxalq iqtisadiyyata ilk daxil olanda, onun təfərrüatı olan ilkin mallar ixrac olunur, sənayə malları isə istehlak üçün iqtisadiyata idxal olunur. II pillə: ölkənin gələcəkdə milli ixracatın böyüməsi üçün idxal olunan malların yeni daxili istehsal yerləri yaradılır. Daxili bazarda alıcı gücü artdığına görə orda satmaq daha çox gəlir gətirir və beləliklə, yeni istehsal olunan mallar elə daxili bazarda satılır və daxili kapital bu aktivliyə cəlb olunur.
Uçan sinif (roman)
Uçan sinif - Almaniya yazıçısı Erix Kestner tərəfindən 1933-cü ildə yazılmış roman. Roman 45 dəfə nəşr olunmuşdur. Bu romanın qəhrəmanları ədəbiyyat xəstəsi Conni Trotz, məktəbin ən yaxşı şagirdi Martin Taler, qarnı həmişə ac olan Matias Selbman və kiçik uşaq olan Uli von Simmerndir. Bu şagirdlər Yohan Siqismund məktəbində oxuyurlar. Uşaqlar bir gün Milad bayramı üçün teatr oyunu təşkil etməyə qərar verirlər. Amma bu zaman rəqib məktəb uşaqlardan birini qaçırır. Yohan məktəbi onlara qarşı döyüşməyi fikirləşir. Conatan Trotz - "Uçan sinif" oyununun yazarı. Atası tərəfindən tərk edilmişdir. Atası ondan qurtulmaq üçün onu çoxdan ölmüş babası və nənəsinin yanına göndərir.
Uçan su şəlaləsi
Uçan su (ukr. Учан-Су, krımtat. Uçan Suv, Учан Сув) — Krım ərazisində, eyni adlı çay üzərində yerləşən şəlalə. Uçan su Krımın ən hündür şəlaləsidir. O dəniz səviyyəsindən 390 metr yüksəklikdə yerləşir. Şəlalə Yalta yaylasının cənub-qərb ətəyində yerləşir. Yalta şəhəri şəlalədən 6 km şərqdə yerləşir. Şəlalənin hündürlüyü 98,5 metrdir. Adın mənası Krımtatar dilinin cənubsahil dialektində "uçan su" mənasını verir (uçan — uçan, suv — su). Bundan başqa şəlalənin digər adları da mövcuddur: Kremasto-Nero (q.yun.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?